Məmmədov futbolçulardan narazılığını bildirib, rəhbərliyə mesaj göndərdi

19:08 4 Oktyabr 2015

"Maraqlı oyun oldu. Məncə, "Kəpəz" layiqli qələbə qazandı. Ümumiyyətlə, futbolçunun həmişə keyfiyyətini əsas götürmüşəm. Oyunçuda mütləq xarakter olmalıdır".

 

Sportarena.az xəbər verir ki, bu sözləri "Sumqayıt"ın baş məşqçisi Aqil Məmmədov deyib. O, Premyer Liqanın VII turunda "Kəpəz"ə 1:3 hesablı məğlubiyyəti şərh edib:

 

"Bu gün mənim futbolçularım mübarizədən qaçırdılar. Bunun konkret səbəbini bilmirəm. Bəlkə azarkeşlərin çoxluğundan, bəlkə də havadandır. Futbolçularımın bacarığı bu qədər deyil. Sadəcə, bu gün alınmadı. Azərbaycanlı futbolçuların çox olmasının tərəfdarıyam. Amma bir məqama diqqət yetirək: bu gün qapımızdan keçən 3 qolun ikisinin müəllifi legioner oldu. AZAL ilə oyunda da legioner bizi cəzalandırmışdı. Məncə, bizim heyətimizdə legioner olmasa, hər il çempionatda qalmaq üçün oynayacağıq".


Digər xəbərlər

Xəbər xətti