"Komandada qələbə qazanmamaq qorxusu yaranıb" - Şahin Diniyev

19:23 4 Oktyabr 2015

"Həqiqətən də oyun bizim üçün çətin oldu. Bir müddətdir ki, yaxşı oynayıb qələbə qazanmamaq qorxusu yaranıb. Eyni zamanda, azarkeşlər qarşısında oynayırdıq. Düşünürəm ki, ilk qoldan sonra komandam daha yaxşı futbol sərgilədi".

 

Sportarena.az xəbər verir ki, bu sözləri "Kəpəz"in baş məşqçisi Şahin Diniyev deyib. Təcrübəli mütəxəssis Premyer Liqanın VII turunda "Sumqayıt" üzərində qələbə qazandıqları oyun haqda fikirlərini açıqlayıb:

 

"Hücumda etdiyimiz dəyişikliklər matçı rəngarəngləşdirdi. Ebah oyuna daxil olduqdan sonra ona iki müdafiəçi təhkim olundu. Elə olan halda, yarımmüdafiəçilər üçün geniş sahə yarandı. Hazırda mənim əlimdə 3 hücumçu var ki, onlar hər bir an istənilən oyunun taleyini həll edə bilərlər. Juninyonun formasını bərpa etməsi də sevindirici məqamdır".

 

Diniyev 3 xal qazanmağa layiq futbol sərgilədiklərini düşünür: "Nəticənin ədalətli olduğunu düşünməklə yanaşı, "Sumqayıt"a da uğurlar arzu edirəm. Qələbədə hər bir oyunçunun payı var. İki qol vuran Juninyo isə digərlərini faiz nisbəti ilə üstələyir".


Digər xəbərlər

Xəbər xətti