"İlk hissədə "yatdıq" - Zaur Svanadze

21:53 4 Oktyabr 2015

"İlk hissədə "yatdıq". İkinci hissədə yaxşı oynamağa başlasaq da, şanslardan yararlana bilmədik. "Qarabağ" çox yaxşı komandadır. Onlara gələcək oyunlarda uğurlar arzulayıram".

 

Sportarena.az xəbər verir ki, bu sözləri "İnter"in baş məşqçisi Zaur Svanadze deyib. Premyer Liqanın VII turunda "Qarabağ"a məğlub olduqları (0:2) oyun haqda danışan gürcü mütəxəssis penalti epizoduna da toxunub:

 

"Verilən penalti barədə nə deyə bilərəm? Mən epizodan uzaq idim. Düşünürəm ki, Lomaya topa oynamışdı. "Qarabağ"ın oyunçusu isə topu, məncə, bilərəkdən kənara vurdu. Biz epizoda baxmalı və daha sonra bu barədə konkret fikir bildirə bilərik".


Digər xəbərlər

Xəbər xətti