Premyer Liqanın VII turunun son oyununda səfərdə "Qəbələ"nin qonağı olan "Xəzər Lənkəran" 0:6 hesabı ilə uduzub. Sportarena.az xəbər verir ki, Yunis Hüseynovun səhhəti ilə bağlı qatılmadığı mətbuat konfransında köməkçisi Vidadi Hüseynov bunları söyləyib:
"2 əsas oyunçumuz meydançaya çıxmamışdı. Rasim Ramaldanov və Orxan Əliyev oynamırdılar. Məcbur qalıb, əvəzedici heyətdən oyunçular götürmüşdük. Bu da hesabda özünü göstərdi".