"Qəbələ"nin baş məşqçisi Roman Qriqorçuk "Qarabağ"dakı həmkarı Qurban Qurbanovun "İnter"lə oyundakı penalti ilə bağlı məlum qərarına münasibət bildirib. Sportarena.az xəbər verir ki, ukraynalı mütəxəssis Qurbanovun hərəkətini yüksək qiymətləndirib:
"Mənim Qurbana çox böyük hörmətim var. Onunla danışmışam, çox peşəkar insandır. Belə addım atması onu lap yüksəklərə qaldırır. Bunu hakimlərə hörmətsizlik kimi yox, futbol adına böyük hadisə kimi qəbul etmək lazımdır. Bu barədə hətta Avropada danışacaqlar. "Qarabağ" kimi komandaya və belə məşqçiyə heç kimin köməyi lazım deyil. Eləcə də bizə. Sadəcə, düzgünlük olsun və biz işimizin bəhrəsini meydançada görək".