Premyer Liqanın VII turunda "Xəzər Lənkəran"a 6:0 hesabı ilə qalib gələn "Qəbələ" rekordlara imza atıb. Sportarena.az klubun saytına istinadən xəbər verir ki, mövsümün ən böyükhesablı qələbəsini qazanan komanda 10 illik tarixinin rekordlarını təkrarlayıb.
Bu nəticə "qırmızı-qaralar"ın Premyer Liqada ən böyükhesablı qələbəsidir. Əyalət təmsilçisi 2007/08 mövsümündə, 2007-ci il noyabrın 11-də Sumqayıtda "Gənclərbirliyi"ni də eyni hesabla məğlub etmişdi. Həmin nəticəni təkrarlayan komanda evdə ən böyükhesablı çempionat qələbəsini əldə edib.
Ümumiyyətlə bütün yarışlarda Qəbələdə ən fərqli qələbə isə 2006/07 mövsümündə "Şahdağ"la (Quba) 2006-cı il oktyabrın 16-dakı kubok matçında qeydə alınmışdı – 6:0. “Xəzər Lənkəran”la matçda həmin rekord da təkrarlanıb.