Elvin Camalov: "Qəbələ"də elə söhbət yoxdu"

00:46 5 Oktyabr 2015

"Futbolda hər şey ola bilər. Biz də çalışdıq ki, baş məşqçinin tapşırıqlarını yerinə yetirək. Qriqorçukun istəyi o idi ki, biz oyunumuzu oynayaq, qol özü gələcək. Biz də bunun üçün meydanda əlimizdən gələni etdik və böyükhesablı qələbə qazandıq".

 

Bu sözləri Sportarena.az-a açıqlamasında "Qəbələ"nin müdafiəçisi Elvin Camalov deyib. Premyer Liqanın VII turunda "Xəzər Lənkəran" üzərində qələbəni şərh edən gənc futbolçu bunları söyləyib:

 

"Biz meydana çıxanda həmişə çalışırıq ki, sistemli şəkildə oynayaq. Öz oyunumuzu oynadıqdan sonra qollar gəldi. Meydanda biz bir-birimizə rəqib idik. "Xəzər Lənkəran"a gələcək oyunlarda uğurlar arzulayıram".

 

Camalovun fikrincə, indidən çempionluq haqda danışmaq düzgün olmaz: "Çünki qarşıda oyunlarımız hələ çoxdu. Bundan daha yaxşı oyun nümayiş etdirməyə çalışacağıq və bizi dəstəkləyən azarkeşləri sevindirəcəyik".

 

Sonda isə Elvin avrokubok oyunlarında ehtiyatda qalmasına aydınlıq gətirib: "Bizim komandada əsas və ehtiyat oyunçu söhbəti yoxdu. Məşqçinin mənə şans verməyini gözləyirəm. Başımı aşağı salıb, işimi görürəm. Əlimdən gələni edirəm. Baş məşqçinin mənə avrokuboklarda da şans verməsini gözləyirəm"


Digər xəbərlər

Xəbər xətti