Emil Balayev üçün mövsüm bitdi?

13:49 5 Oktyabr 2015

Milli komandamız və Almaniyanın "Ayntraxt" klubunun qapıçısı Emil Balayev bu il meydana çıxmaya bilər. Sportarena.az xəbər verir ki, sentyabrın sonunda əməliyyat olunan futbolçu gələn həftə yenidən cərrah masasına uzanmalı olacaq.

 

Çənəsində infeksiya aşkarlanan futbolçuya həkimlər bu il oynamamağı məsləhət görüblər. Amma onun tam hazır olması hansı müddətə tam bərpa olmasından asılıdır. Yalnız ondan sonra futbolçu məşqlərə başlaya biləcək.


Digər xəbərlər

Xəbər xətti