"Milan"ın müdafiəçisi Bakıya gələ bilməyəcək

10:20 6 Oktyabr 2015

"Avro-2016"nın seçmə mərhələsində oktyabrın 10-da Bakıda millimizlə qarşılaşacaq İtaliya yığmasının heyətində dəyişiklik edilib. Sportarena.az xəbər verir ki, "Milan"ın müdafiəçisi Luka Antonelli yığmadan kənarlaşdırılıb.

 

Buna onun A Seriyasının 7-ci turunda "Sampdoriya" ilə görüşdə zədələnməsi səbəb olub. Antonellini İtaliya millisində "İnter"in müdafiəçisi Davide Santon əvəzləyəcək.

 

Qeyd edək ki, oktyabrın 10-da Bakıda millimizin qonağı olacaq İtaliya yığması 3 gün sonra evdə Norveçi qəbul edəcək.


Digər xəbərlər

Xəbər xətti