"Avro-2016"nın seçmə mərhələsində oktyabrın 10-da Azərbaycan, 13-də isə Norveç yığması ilə üz-üzə gələcək İtaliya millisi növbəti itki ilə üzləşib. Sportarena.az xəbər verir ki, Antonio Kontenin ilk dəfə dəvət göndərdiyi Domeniko Berardi sıradan çıxıb.
A Seriyasının son turunun "Empoli" ilə oyununda zədələnən "Sassuola"nın forvardı ayağında ağrılar olduğu üçün yığmadan kənarlaşdırılıb.
Konte zədəli futbolçunun əvəzinə heyətə yeni hücumçu dəvət etməyəcəyini söyləyib.