Qurban Qurbanov: "... bizim lehimizə penati təyin edilməsin"

10:57 6 Oktyabr 2015

"Hər bir rəqibdən çəkindiyimiz kimi, "Zirə"dən də çəkinirik. Yeni bir komandanın üçüncü pillədə olması, bizə bir xəbərdarlıqdır".

 

Sportarena.az xəbər verir ki, bu fikirləri "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov səsləndirib. "Xəzər TV"-də yayımlanan "Futbol saatı" verilişində qona qolan təcrübəli mütəxəssis "Zirə" ilə VIII turda keçirəcəkləri oyun haqda fikirlərini açıqlayıb:

 

"Belə komandalara qarşı diqqətli olmalıyıq. Komandanın məşçqiləri Premyer Liqada yenidir və çox istəklidir. Belə komandalardan ehtiyat etmək lazımdır. Bəlkə də, bizim bəxtimiz gətirib ki, belə rəqiblə 8-ci turda qarşılaşacağıq".

 

Qurbanov "İnter"lə oyundakı penalti epizoduna da toxunub: "Bu epizoda oyunun gedişatına görə qərar verdim. Burda nə hakimlərə hörmətsizlik, nə də başqa bir fikirdən söhbət gedə bilər. 90 dəqiqə oyun idarə etmək asan deyil, bəzən görülməyən və yanlıış qərarlar da ola bilər. Həmin epizod gözümün önündə oldu, bir neçə futbolçudan, sonda Riçard Almeydadan soruşdum, o da dedi ki, Lomaya ilk olaraq topa toxunub".

 

Son vaxtlar bu penalti epizodları çox mübahisə olunur. Hətta məğlub olsaq da, hər hansı bir epizodda 99 faiz penalti olub 1 faiz olmasa da, bizim lehimizə penati təyin edilməsin. Qarşıdakı oyunlarda da belə hallar olsa, belə qərar verəcəm. İstəməzdim, hər qərarlar bu qədər müzakirə edilsin. Həmin anda olan bir qərar verdim. Epizod əks-hücumda oldu, uzun ötürmə oldu, hakimin bu topa çatması bir az çətin idi. İnşallah, bundan sonra penalti vurmarıq. Belə epizod olmasın, söz-söhbətlərə son qoyulsun. Amma bu o demək deyil ki, nəyisə sübut etmək istəyirik. Sadəcə istəmirik, başqa komandanın haqqına girək".


Digər xəbərlər

Xəbər xətti