Almaniyanın Şimal-Şərq Regional Liqasında 10-cu turun oyunları keçirilib. Sportarena.az xəbər verir ki, Azərbaycan yığmasının sabiq hücumçusu Rüfət Dadaşovun şərəfini qoruduğu "Germaniya Halberştadt" klubu da növbəti matçına çıxıb.
Komanda doğma meydanda "Hertha Berlin II" ilə qarşılaşıb. Matç futbolçumuzun komandasının 2:4 hesablı məğlubiyyəti ilə başa çatıb. Start heyətdə meydana çıxan Rüfət 90 dəqiqə mübarizə aparıb. Amma o, komandasına heç nə ilə kömək edə bilməyib. Əksinə, millimizin sabiq üzvü sarı vərəqə almaqla diqqət mərkəzinə düşüb.
Qeyd edək ki, Dadaşovun komandası 4 xalla 18 klub arasında 17-ci pillədə qərarlaşıb.