"Neftçi"nin futbolçusuna 2 oyunluq cəza, Yunis Hüseynov "Xəzər Lənkəran"ı xərcə saldı

13:11 6 Oktyabr 2015

Bu gün AFFA İntizam Komitəsinin iclası keçirilib. Sportarena.az xəbər verir ki, iclasda aşağıdakı qərarlar qəbul olunub.

 

Topaz Premyer Liqasının VII turunun AZAL – “Rəvan” matçında "təyyarəçilər"in 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 1000 manat cərimə olunub. “Rəvan” klubunun baş məşqiçisi Emin Quliyev oyunsonrası mətbuat konfransında iştirak etmədiyinə görə klub 1000 manat cərimə olunub.

 

“Zirə” – “Neftçi” matçının 47-ci dəqiqəsində qonaqkomandanın futbolçusu Fəhmin Muradbəyli kobud oyuna görə birbaşa qırmızı vərəqə alaraq meydançadan kənarlaşdırıldığı üçün 2 oyun cəzalanıb, klub 2000 manat cərimələnib.

 

“Qəbələ” – “Xəzər Lənkəran” matçından sonra keçirilən mətbuat konfransında Yunis Hüseynov iştirak etmədiyi üçün “Xəzər Lənkəran” 1000 manat cərimə olunub.

 

“Kəpəz” – “Sumqayıt” matçının 76-cı dəqiqəsində qonaqlarıni futbolçusu Slavik Alxasov ikinci sarı vərəqə alaraq meydançadan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanıb, klub 200 manat cərimə olunub.


Digər xəbərlər

Xəbər xətti