AFFA "İnter"i ürəyindən vurdu

13:26 6 Oktyabr 2015

AFFA İntizam Komitəsinin bugünkü iclasında Premyer Liqanın VII turunun "İnter" - "Neftçi" matçında baş verənlər müakirə olunub. Sportarena.az xəbər verir ki, İK maliyyə böhranı yaşayan "İnter"ə rəhm etməyib. "Bankirlər" ümumilikdə 14 min manat məbləğində cərimələnib.

 

Belə ki, oyun ərzində 4 futbolçusu sarı vərəqə görən "İnter" buna görə 1000 manat cərimə olunub. Bundan başqa, oyunun 90-cı dəqiqəsində "bankirlər"in qapıçısı Giorgi Lomaya hakimlər briqadasını təhqir etdiyinə görə 4 oyunluq cəzalanıb, klubunu isə 4000 manat xərcə salıb.

 

Paytaxt təmsilçisinin futbolçusu Zurab Xizanişvili hakimlər briqadasına qarşı təhqir edici jest və ifadələr işlətdiyinə görə 4 oyunluq cəza alıb, klub isə 4000 manat cərimələnib.

 

"İnter"ə ən böyük cərimə isə klubun nümayəndəsi Natiq Əsgərova görə kəsilib. Belə ki, oyundan sonra hakimlər briqadasını təhqir etdiyinə görə klub rəsmisi 5 oyunluq cəzalanmaqla yanaşı, klubunu da 5000 manat ziyana salıb.


Digər xəbərlər

Xəbər xətti