Bildiyiniz kimi, Avropa Çempionatı - 2016-nın seçmə mərhələsi çərçivəsində Azərbaycan millisi oktyabrın 10-da Bakı Olimpiya Stadionunda İtaliya yığmasını qəbul edəcək. Sportarena.az xəbər verir ki, futbolda ənənəvi olaraq bu cür qarşılaşmalardan əvvəl azarkeşlər, veteran futbolçular və ya icmalar arasında dostluq oyunları keçirilir. Məhz Azərbaycan - İtaliya görüşündən əvvəl Sumqayıt ictimayyətinin nüməyəndələrindən təşkil olunmuş komanda və ölkəmizdə çalışan İtaliya icmasının nümayəndələri arasında dostluq oyunu keçirilib.
"Azərkimya" İstehsalat Birliyi və "Sumqayıt" FK-nun təşkilatçılığı ilə keçirilən görüş "Bayıl Arena"da baş tutub. Qarşılaşma Azərbaycan təmsilçisinin 6:3 hesablı qələbəsilə yekunlaşıb. Qeyd edək ki, Sumqayıt yığma komandasının baş məşqçisi əməkdar məşqçi, veteran futbolçu Telman Salahov olub.
Tədbirdə "Azərkimya" İstehsalat Birliyinin Müşahidə Şurasının sədri, millət vəkili Muxtar Babayev, "Sumqayıt" FK-nun prezidenti Kamran Quliyev, İtaliyanın ölkəmizdəki səfiri Campaolo Kutillyo və AFFA-nın Baş katibinin müavini Sərxan Hacıyev də iştirak edib.