AFFA 30 qapıçını necə pis vəziyyətdə qoydu?

15:07 6 Oktyabr 2015

Xəyal Zeynalov və Tariyel Hüseynovun rəhbərliyi ilə Gəncədə fəaliyyətini davam etdirən "Gənc qapıçılar" klubu çətin vəziyyətdədir.

 

Sportarena.az sportal.az-a istinadən xəbər verir ki, ötən mövsüm klubla AFFA arasında müqavilə imzalansa da, artıq ona xitam verilib. Bundan sonra çətin günlərini yaşayan klubun məşq etməyə belə imkanı qalmayıb. 30-a yaxın qapıçı məşqsiz qalıb.

 

Qeyd edək ki, klub AFFA-nın baş katibi Elxan Məmmədovun yenidən onlara diqqət göstərəcəyinə ümid etsə də, hələlik federasiya tərəfindən bir addım atılmayıb.


Digər xəbərlər

Xəbər xətti