İngiltərənin məşhur nəşrlərindən olan "Mirror" qəzeti Premyer Liqanın VII turunda baş tutan "İnter” – "Qarabağ” (0:2) oyunu zamanı, Ağdam klubunun futbolçusu Elvin Məmmədovun penaltini bilərdən kənara vurması ilə bağlı yazı dərc edib.
Sportarena.az xəbər verir ki, "Mirror” da Qurban Qurbanov və futbolçunun bu hərəkətini təqdirəlayiq addım kimi qiymətləndirib.
Qeyd edək ki, matç "Qarabağ"ın 2:0 hesablı qələbəsi ilə başa çatıb.