"Xəzər Lənkəran"dan imtina və böhran xəbərlərinə rəsmi münasibət

16:05 6 Oktyabr 2015

Son vaxtlar ölkə mətbuatında Mübariz Mənsimovun "Xəzər Lənkəran"dan imtina etməsi və klubda maliyyə böhranının olması ilə bağlı yayılan məlumatalara cənub təmsilçisindən münasibət gecikməyib. Klubun mətbuat xidmətinin rəhbəri Hüseyn Cəbrayıloğlu Sportarena.az-a açıqlamasında imtina xəbərlərini təkzib etsə də, maliyyə sıxıntısının olduğunu gizlətməyib:

 

"Bu cür xəbərlərə necə açıqlama verim? Doğrudur, klubda maaşların verilməsi ilə bağlı müəyyən gecikmələr var. Rəhbərlik də çalışır ki, bunu həll etsin. Ancaq digər məsələyə gəlincə, Mübariz Mənsimovun komandadan imtina etdiyi doğru deyil. O, klubun fəxri prezidentidir. "Xəər Lənkəran"dan imtina etmək fikri yoxdur. Çünki bu, doğru olmaz".

 

Qeyd edək ki, son günlər, xüsusilə Premyer Liqanın VII turunda "Qəbələ" 0:6 hesablı məğlubiyyətdən sonra mətbuatda "Xəzər Lənkəran" haqda müxtəlif söz-söhbətlər yayılıb. Ən başlıcası isə klubun fəxri prezident Mübariz Mənsimovun "Xəzər Lənkəran"dan imtina etdiyi ilə bağlı xəbər şok effekti yaradıb.


Digər xəbərlər

Xəbər xətti