"Ümid edirəm ki, həmin səhvləri Azərbaycanla oyunda təkrarlamayacağıq"

16:19 6 Oktyabr 2015

"Seçmə mərhələdə son iki oyunumuz qalır. Hər iki görüşdə daha yaxşı oynamalıyıq. Xorvatiya və Azərbaycanla matçlarda gənc futbolçulara şans verəcəm".

 

Sportarena.az xəbər verir ki, bu sözləri Bolqarıstan millisinin baş məşqçisi İvaylo Petev deyib. Bolqarıstan mətbuatına danışan Petev "Avro-2016"nın seçmə mərhələsində qarşılaşacaqları Xorvatiya və Azərbaycanla oyunlara toxunub:

 

"Hər iki matçda daha keyfiyyətli oyun göstərmək şansımız var. Ümid edirəm ki, İtaliya və Norveçlə görüşlərdəki səhvlərdən dərs çıxaracağıq və bunu bir daha təkrarlamayacağıq. Start heyətini hələlik müəyyənləşdirməmişəm. Ancaq təlim-məşq toplanışı seçim etməyimə kömək edəcək".

 

Qeyd edək ki, oktyabrın 10-da səfərdə Xorvatiyanın qonağı olacaq Bolqarıstan yığması 3 gün sonra evdə millimizi qəbul edəcək.


Digər xəbərlər

Xəbər xətti