Premyer Liqanın VII turunda səfərdə "Qəbələ"yə 0:6 hesablı məğlubiyyətə üzülən "Xəzər Lənkəran" Rasim Ramaldanovdan şad xəbər alıb.
Sportarena.az xəbər verir ki, VI turun "Zirə" ilə oyununda zədələnən müdafiəçi sağalıb.
Kubdan verilən məlumata görə, təcrübəli futbolçu çempionatın növbəti turunda AZAL-a qarşı oynaya biləcək.