"Rasim Ramaldanov son vaxtlar milliyə dəvət almır. Karyeraının ən yaxşı dövründə yığmadan kənarda qalır".
Bu sözləri Sportarena.az-a açıqlamasında "Xəzər Lənkəran"ın mətbuat xidmətinin rəhbəri Hüseyn Cəbrayıloğlu deyib. Klub rəsmisi cənub təmsilçisində uğurlu çıxışı ilə diqqət çəkən Rasim Ramaldanovun Robert Prosineçki tərəfindən milliyə dəvət olunmamasına münasibət bildirib:
"Rasimin oyununa heç baxan da yoxdur. Niyə dəvət almadığını mən də bilmirəm. Çox istərdim ki, Prosineçki bu suala cavab versin".