"Stadionun ot örtüyünü əkmə üsulu ilə yenilədik. Örtük dəyişdikdən sonra artıq 1 oyun keçirilib. Arenada heç bir problem yoxdu".
Bu sözləri Sportarena.az-a açıqlamasında Lənkəran şəhər stadionunun direktoru Höccət Hacıyev deyib. O, iki gündür davam edən leysan yağışlarının "Fırtınalar meydanı"na heç bir mənfi təsir göstərmədiyini bildirib:
"Yağışın heç bir təsiri olamdı. Hər şey normaldı. Stadionda işlər də edir. Problemləri vaxtında aradan qaldırmağa çalışırıq. Stadion AZAL-la oyuna tam hazırdı".