21 yaşadək futbolçular arasında AVRO-2017-nin seçmə mərhələsində Avstriya - Azərbaycan matçına hakim təyinatları müəyyənləşib.
Sportarena.az xəbər verir ki, qarşılaşmanı islandiyalı Qunnar Yarl Yonsson idarə edəcək. Ona Qunnar Qunnarson, Birkir Siqurdarson kömək edəcək. Dördüncü hakim isə Torvaldur Arnason olacaq.
Qeyd edək ki, Avstriya - Azərbaycan oyunu oktyabrın 9-u keçiriləcək.