Bakı "İnter"inin sabiq çalışdırıcısı Rusiya ordusuna çağırıldı - FOTO

10:37 7 Oktyabr 2015

Bakı “İnter”in sabiq baş məşqçisi, hazırda Gürcüstan milli komandasını çalışdıran Kaxaber Sxadadzeyə hərbi çağırış vərəqəsi gəlib. Sportarena.az "Sovetskiy Sport"a istinadən xəbər verir ki, 47 yaşlı mütəxəssis Rusiya Silahlı Qüvvələri tərəfindən orduya çağırılıb.

 

Çağırış vərəqəsi Kaxaber Sxadadzenin 2000-ci ildə Rusiyada yaşadığı evə göndərilib. Çağırış vərəqəsində Sxadadzenin Rusiyaya getməli və hərbi qeydiyyat məlumatlarını dəqiqləşdirməli olduğu bildirilir.

 

Qeyd edək ki, Gürcüstan millisi oktyabrın 8-də Cəbəllütariq yığması ilə qarşılaşacaq.

 


Digər xəbərlər

Xəbər xətti