"Ölkə kubokunun püşkatma mərasimində hər birinizi salamlayıram. Arzu edirəm ki, sonda layiqli qalib olsun. Biz də üzərimizə düşəni edəcəyik. Həm kubokda, həm də çempionatda oyunların ədalətli şəkildə keçməsi üçün əlimizdən gələni edəcəyik".
Sportarena.az "futbolxeber.az"a istinadən xəbər verir ki, bu sözləri Peşəkar Futbol Liqasının prezidenti Ramin Musayev bu gün ölkə kubokunun püşkatma mərasindəki çıxışında deyib. Musayev son turda Premyer Liqada baş verən hakim səhvlərindən də söz açıb:
"Bəzən səhvləri rəhbərlərin üzərinə yıxırlar. Amma biz birinci il deyil ki, futboldayıq. Ötən il ölkə kubokunun finalında heç bir səhv olmadı. Hər şey yüksək səviyyədə keçdi. Bu il də elə olmalıdı. Deyirlər ki, "Qarabağ"a kömək edilir. "Qarabağ"ın nəyinə kömək edəcəyik? Komandanın gücü göz qabağındadır. Hansısa sifarişdən, qərəzdən söhbət gedə bilməz. Elə şey olımayıb, ola da bilməz.
Hər kəs səhv edə bilər. Ədas odur ki, qərəz olmasın. Biz hakim səhvlərinə bəraət qazandırmırıq. 3 gün əvvəl hakimlərlər söhbətimiz oldu. Bir epizoda görə bütün hakimlərin fikri haçalandı. Hərənin öz baxışı var. Bir epizod fikir ayrılığına gətirib çıxardı. 50 faizi dedi "var", 50 faizi dedi "yoxdu".