"Qəbələ"nin rəqibində Pato səsləri

17:33 7 Oktyabr 2015

Braziliya millisinin üzvü Aleşandre Pato yenidən Avropaya köçə bilər. Sportarena.az xəbər verir ki, "Korintians"ın "San-Paulo"da icarə əsasında çıxış edən futbolçusu karyerasını Almaniyada davam etdirməyə yaxındır.

 

Belə ki, "Qəbələ"nin Avropa Liqasının qrup mərhələsindəki rəqibi "Borussiya" ulduz oyunçu ilə yaxından maraqlanır. Baş məşqçi Tomas Tuhelin istəyilə danışıqlara start verən rəhbərlik qış fasiləsində 26 yaşlı forvardın keçidini reallaşdırmağa çalışacaq.

 

Qeyd edək ki, daha öncə "Milan"ın şərəfini qoruyan Pato cari mövsüm Braziliya çempionatında keçirdiyi 26 oyunda 9 qol vurub.


Digər xəbərlər

Xəbər xətti