Millimiz "Avro-2016"nın seçmə mərhələsi çərçivəsində oktyabrın 10-da Bakıda İtaliya, 3 gün sonra isə səfərdə Bolqarıstanla qarşılaşacaq. Zədəli Cavid Tağıyevin əvəzinə milliyə dəvət alan Elvin Məmmədov qarşıdakı oyunlarla bağlı fikirlərini Sportarena.az saytına açıqlayıb. Təcrübəli yarımmüdafiəçi hər iki oyunda xal qazanmaq istədiklərini bildirib:
"Çalışacağıq ki, hər iki oyunda uğur qazanaq. Biz bunu Xorvatiyaya qarşı matçda bacardıq. Niyə də İtaliya ilə oyunda olmasın? Hər iki oyundan xal götürmək istəyirik. Komandada atmosfer yaxşıdı. İnşallah, uğurlu seriyamızın davamı gələr. Yaxşıoyunla xalqımızı sevindirmək istəyirik".