Futbolla bazarı səhv salan Həsənov

19:43 7 Oktyabr 2015

Son günlər "Rəvan"ın düşərgəsindən xoşagəlməz xəbərlər yayılmaqdadır. Moskvada klubun vitse-prezidenti İlqar Axundov və akademiyanın rəhbəri Bəhmən Həsənovun uşaqların başına açdığı oyunun müzakirələri bitməmiş yeni söz-söhbətlər gündəmə bomba kimi düşdü. Belə ki, klubun aşağı yaş qruplarından birində çıxış edən futbolçulardan birinin valideyni Həsənovun oyunçulardan əsassız yerə pul yığdığı ilə bağlı açıqlama verib. Bunun nə dərəcədə həqiqətuyğun olduğunu deyə bilmərəm. Amma ardıcıl 2 biabırçı hadisə ondan xəbər verir ki, od olmayan yerdən tüstü çıxmaz.

 

Bəhmən Həsənovu 3 ildən çoxdur tanıyıram. Açığı, bu qədər həngamənin mərkəzində olması məni də təəccübləndirir. Çünki zahirən pis insan təsiri bağışlamır. Çox sakit təbiətli, mülayim adama oxşayır. Görünür, suyun lal axanı, insanın yerə baxanı məsəli burada da özünü doğruldur. İlk baxışdan fağır insan kimi görünən Həsənov sən demə az aşın duzu deyilmiş. Pul yığmaq, bazar açmaq kimi keyfiyyətləri də var imiş. Ay bərəkallah.

 

Bazar demişkən, Bəhmən müəllimin əvvəllər meyvə-tərəvəz satıcısı olduğunu, kimlərinsə vasitəsilə "Rəvan"a itələndiyini yeni eşidirəm. Satıcı olmaq, ticarətlə məşğul olmaq ayıb deyil. Sadəcə, Həsənov nəyi harada satacağını, bazarı harada açağacağını səhv salıb. Onu akademiyanın rəhbəri qoyublar ki, futbolçu yetişdirsin. Bu gün isə uşaqlar Bəhrmən müəllimdən bazar iqtisadiyyatının incəliklərini öyrənirlər. Həsənov "Rəvan"da futbolçu yox, satıcı yetişdirir. Gör-götür dünyasıdı. Akademiyadakı gənclər Həsənovdan nə götürsünlər? Pul yığmağın, rəhbərliyə "atmağ"ın yollarını?

 

ELnur


Digər xəbərlər

Xəbər xətti