Türkiyə mətbuatı millimizin üzvü Kamran Ağayevin şərəfini qoruduğu "Karşıyaka"nınilk 7 turdakı statistik göstəricilərini açıqlayıb. Sportarena.az xəbər verir ki, qardaş ölkədən olan həmkarlarımız İzmir təmsilçisinin mövsümə uğursuz start verdiyini yazıb.
Xüsusilə qapı xəttindəki problemi qabardan mətbuat ilk 7 turda qapısında 11 top görən "Karşıyaka"nın son 10 ildə özünün anti-rekordunu təkrarladığını yazıb.
Belə ki, "yaşıl-qırmızılar" sonuncu dəfə 2005/06 mövsümündə bu nəticəyə "imza atıblar".