Bu gün "Avro-2016"nın seçmə mərhələsində növbəti tura start veriləcək. Sportarena.az xəbər verir ki, D, F və İ qruplarında ümumilikdə 8 görüş baş tutacaq.
D qrupunda Gürcüstan Cəbəllütariqi qəbul edəcək. Qrupda iddiaları qalmayan komandaların dueli heç bir önəm daşımır. Qrupun eyni vaxtda başlayan görüşlərində Almaniya səfərdə İrlandiyanın, Polşa isə Şotlandiyanın qonağı olacaq. Almanlar və polyaklar qalib gələcəkləri təqdirdə, final mərhələsinə vəsiqəni təmin edəcəklər.
F qrupunun bütün oyunları eyni saatda başlayacaq. Macarıstan Farer adalarını, Şimali İrlandiya Yunanıstanı, Rumıniya isə Finlandiyanı sınağa çəkəcək.Şimali İrlandiya seçməsi qrupun autsayderi ilə matçda qələbə qazanıb, final mərhələsinə vəsiqəni rəsmiləşdirə bilər.
Gecənin ən maraqlı oyunları İ qrupunda olacaq. Albaniya Serbiyanı, Portuqaliya isə Danimarkanı qəbul edəcək. Portuqaliyanın qələbəsi həm özünün, həm də albanların final mərhələsinə yolunu aça bilər. Belə ki, Danimarka qrupda son oyununa çıxacağından mütləq qalib gəlməlidir. Ansi Aqollinin şərəfini qoruduğu Albaniya millisi şimallıların mümkün məğlubiyyətindən maksimum yararlanıb vəsiqəni rəsmiləşdirə bilər. Bunun üçün onlar evdə Serbiyanı məğlub etməlidirlər.
AVRO-2016-nin seçmə mərhələsi
8 oktyabr
D qrupu
21:00. Gürcüstan – Cəbəllütariq
23:45. İrlandiya – Almaniya
23:45. Şotlandiya – Polşa
1. Almaniya 8 6 1 1 22-7 19
2. Polşa 8 5 2 1 29-7 17
3. İrlandiya 8 4 3 1 17-5 15
4. Şotlandiya 8 3 2 3 14-10 11
5. Gürcüstan 8 2 0 6 5-14 6
6. Cəbəllütariq 8 0 0 8 2-46 0
F qrupu
23:45. Macarıstan – Farer adaları
23:45. Şimali İrlandiya - Yunanıstan
23:45. Rumıniya – Finlandiya
1. Ş. İrlandiya 8 5 2 1 12-6 17
2. Rumıniya 8 4 4 0 7-1 16
3. Macarıstan 8 3 4 1 6-4 13
4. Finlandiya 8 3 1 4 7-8 10
5. Farer adaları 8 2 0 6 5-12 6
6. Yunanıstan 8 0 3 5 2-8 3
İ qrupu
23:45. Albaniya – Serbiya
23:45. Portuqaliya – Danimarka
1. Portuqaliya 6 5 0 1 8-4 15
2. Danimarka 7 3 3 1 8-4 12
3. Albaniya 6 3 2 1 7-3 11
4. Ermənistan 7 0 2 5 5-11 2
5. Serbiya 6 1 1 4 5-11 1