“Neftçi” PFK-nın MüşahidəŞurasının növbəti iclası keçiriləcək. Sportarena.az xəbər verir ki, iclas sabah - oktyabrın 9-da klubun inzibati binasında baş tutacaq.
MüşahidəŞurasının bu dəfəki iclası bir müddət öncə rəhmətə gedən Mübariz Zeynalovun yerinə başqa namizədin üzvlüyə qəbul olunması ilə bağlı olacaq. Belə ki, vaxtilə paytaxt klubunun şərəfini qorumuş, millimizin sabiq üzvü və baş məşqçisi Əsgər Abdullayev "Neftçi"nin MüşahidəŞurasında yer alacaq. (Azerisport.com)