"İnanmıram ki, Mübariz Mənsimov "Xəzər Lənkəran"ı atsın"

13:19 8 Oktyabr 2015

"İnanmıram ki, rəhbərli komandanı atsın. Mübariz Mənsimov və qardaşı Mais Mənzimov futbolu sevən işgüzar insanlardı. Onlar uzun illərdi "Xəzər Lənkəran"a maliyyə ayırırlar. Bundan sonra da ayıracaqlar".

 

Bu sözləri Sportarena.az-a açıqlamasında Azərbaycanın əməkdar maşqçisi, Məşqçilər Komitəsinin üzvü Ağasəlim Mircavadov deyib. 2006/2008 və 2009/2010-cu illər mövsümündə "Xəzər Lənkəran"ı çalışdırmış mütəxəssis sabiq komandasının hazırkı durumundan danışıb. Mircavadov komandanın qış fasiləsindən sonra düzələcəyinə inanır:

 

"Xəzər Lənkəran" yarandığı gündən istəkli olub. Komanda hər zaman çempionluq, kubok uğrunda mübarizə aparmağı qarşısına məqsəd qoyub. Ona görə də deyərdim ki, "Xəzər Lənkəran" top-komandadır. Bilmirəm maliyyə probleminə və ya nəyə görə komanda bu vəziyyətə düşüb. İnanıram ki, qışdan sonra hər şey düzələcək".

 

Əməkdar məşqçi "Xəzər Lənkəran"ın son turda səfərdə "Qəbələ"yə 0:6 hesablı məğlubiyyətinə də münasibət bildirib: "Yayda yaxşı transferlər etmişdilər. FİFA-nın qadağasına görə, onlar komandadan getdilər. Bu gün heyətin böyük hissəsi ənclərdir. Bununla belə 0:6 hesabıilə uduzmaq o komandaya yaraşmaz. Çünki heç vaxt böyük hesabla uduzmayıblar. Gənc futbolçular özləri başa düşməlidirlər ki, indiki vəziyyət onlar üçün fürsətdir. Meydançada maksimum güclərini qoymalıdırlar ki, oyunçu kimi formalaşsınlar. Çoxu yerli uşaqlardı. 2-3 nəfəri mənim vaaxtımda komandaya gəlib. Əllərinə düşən imkandan maksimum istifadə etməlidirlər. "Xəzər Lənkəran" azarkeşləri də onların ifasında yaxşı futbol görmək istəyir".


Digər xəbərlər

Xəbər xətti