AVRO-2016-nın seçmə mərhələsi çərçivəsində millimiz İtaliya yığmasını qəbul edəcək.
Sportarena.az xəbər verir ki, dünyaca məşhur bukmeyker kontoru "Bwin" millimizin İtaliya qarşısında şansının az olduğunu göstərir. Belə ki, millimizin bu oyunda qələbəsinə 10,50 əmsalı verilib. İtaliya yığmasının qələbəsi isə 1,30 əmsal ilə göstərilib. Bu matçda heç-heçə isə 4,75 əmsal kimi verilib.
Qeyd edək ki, Azərbaycan - İtaliya matçı oktyabrın 10-u saat 21:00-da start götürəcək.