"Bolqarıstana bəzi sənədləri düzəltməyə getmişdim və fürsətdən istifadə edərək "Levski"nin oyununa baxdım. Çünki futbol oynamağı sevdiyim kimi, baxmağı da sevirəm. Amma mən "Levski"yə qayıtmaq barəsində heç kimlə nə danışıq aparmışam, nə də söhbət etmişəm".
Sportarena.az xəbər verir ki, bu sözləri "Neftçi"nin futbolçusu Anyete klubun rəsmi saytına deyib. O, "Levski"yə qayıdacağı ilə bağlı iddiaları təkzib edib:
"Mənə iki dəfə yaxınlaşıb müsahibə almaq istəsələr də, razılaşmadım. Bolqarıstan mediasında yer almış açıqlamalar isə həqiqəti əks etdirmir. Konkret deyim ki, "Levski"yə qayıdacağıma ümid edənləri sevindirə bilməyəcəm".
Anyete "Neftçi"də xoşbəxt olduğunu vurğulayıb: "Məşqçilər, komanda yoldaşlarım və rəhbərlik mənə böyük etimad göstərir, Azarkeşlərimiz isə sadəcə möhtəşəmdir. Mən bu etimadı doğrultmaq, azarkeşlərimizi qələbələrlə sevindirmək istəyirəm".