İnteraz TV-də yayımlanan Rüfət Nadirlinin aparıcısı olduğu "Arena" verlişinin növbəti bölümü çəkilib.
Sportarena.az xəbər verir ki, yeni bölümdə qonaqlar FİFA hakimi Anar Salmanov və futbol yazarı Rüstəm Piriyev olub. Verlişdə Premyer Liqanın 7-ci turunda baş verənlərdən və "Qarabağ"la "Qəbələ"nin avroliqa çıxışlarından söhbət açılıb. Bundan başqa millimizin İtalya və Bolqarıstanla görüşlərdəki şansları da dəyərləndirilib.
Qeyd edək ki, verlişin informasiya dəstəyi sportarena.az saytıdır.