Rusiya-2018: DÇ-nın oyunlarını qəbul edəcək stadionların adları təsdiqləndi

15:32 8 Oktyabr 2015

"DÇ-2018"in final mərhələsinin oyunlarını qəbul edəcək stadionlar adları təsdiqlənib. Sportarena.az xəbər verir ki, 12 arenadan 8-i yerləşdikləri şəhərlərin adları ilə üst-üstə düşür: "Yekaterinburq Arena", "Kazan Arena", "Kalininqrad" stadionu, "Nijni-Novqorod" stadionu, "Sankt-Peterburq" stadionu, "Volqoqrad Arena", "Rostov Arena", "Samara Arena".

 

Yerdə qalan 4 stadionun adı isə yerli mədəniyyət və futbol aspektləri ilə bağlıdır: Soçidə "Fişt" stadionu, Saranskda "Mordoviya Arena", Moskvada "Lujniki" və "Spartak" stadionları.


Digər xəbərlər

Xəbər xətti