"Rəvan" 2 futbolçu ilə yollarını ayırıb. Sportarena.az klubun saytına istinadən xəbər verir ki, paytaxt təmsilçisi mövsümlərarası fasilədə heyətinə qatdığı sierra-leoneli Samuel Barlay və özbəkistanlı Alibobo Raxmatullayevlə vidalaşıb.
Zəif çıxış etdikləri üçün məşqçilər korpusunun qərarı ilə heyətdən kənarlaşdırılan hər iki futbolçunun müqaviləsinə qarşılıqlı razılaşma əsasında xitam verilib.