"AVRO-2016"nın seçmə mərhələsinin oyunları ilə əlaqədar Topaz Premyer Liqasında yaranmış fasilədən istifadə edən "Rəvan" yoxlama oyunu keçirib. Sportarena.az xəbər verir ki, "aslanlar" bu gün "İnter"in əvəzedici komandası ilə üz-üzə gəliblər.
"Bayıl Arena"da baş tutan oyun “Rəvan”ın 5:1 hesablı qələbəsi ilə yekunlaşıb. Komandanın heyətində Cavad Kazımov het-trik edib. Digər qollara isə Elvin Həsənəliyevlə Məmməd Quliyev imza atıblar.
Qeyd edək ki, "Rəvan" fasilə ərəfəsində daha bir yoxlama oyunu keçirəcək. Emin Quliyevin rəhbərlik etdiyi kollektiv oktyabrın 10-da "Neftçi" ilə qarşılaşacaq.