Millimizlə oyunöncəsi Petevi sevindirən xəbər

16:13 8 Oktyabr 2015

"Avro-2016"nın seçmə mərhələsi çərçivəsində oktyabrın 10-da Xorvatiya, 3 gün sonra isə Azərbaycanla qarşılaşacaq Bolqarıstan millisinin baş məşqçisi İvaylo Petev komandanın aparıcı üzvlərindən İvelin Popovdan gələn xəbərə sevinib.

 

Sportarena.az xəbər verir ki, Moskva "Spartak"ının hücumçusu zədəsini sağaldaraq, məşqlərə başlayıb. Halbuki onun qarşıdakı hər iki oyunu buraxacağı söylənilirdi.

 

Həkimlər Popovun həm Xorvatiya, həm də Azərbaycanla görüşə kimi tam hazır olacaqlarını bildiriblər.


Digər xəbərlər

Xəbər xətti