Yozef Blatterdən sonra UEFA prezidenti Mişel Platini də vəzifəsindən uzaqlaşdırılıb. Sportarena.az xəbər verir ki, fransalı futbol funksioneri 3 ay müddətinə postundan kənarda qalacaq. Bu barədə FİFA-nın Etika Komitəsinin Arbitraj Palatası qərar çıxarıb.
Adı rüşvət qalmaqalında hallanan Platinin bu cəzaya məruz qalacağı barədə dünən xəbər verilmişdi.
Onun gələcək taleyinə məhkəmə qərar verəcək.