Bu gün "Sumqayıt" Futbol Klubunda Müşahidə Şurasının iclası keçirilib. Sportarena.az xəbər verir ki, iclasda komandanın baş məşqçisi Aqil Məmmədovun istefa ərizəsinə baxılıb.
Qeyd edək ki, adıçəkilən məşqçi 5 oktyabr tarixində klub rəhbərliyinə istefa verdiyini rəsmən açıqlamışdı. Toplantıda Müşahidə Şurası Aqil Məmmədovun istefa ərizəsini qəbul edib.
Şura üzvləri iclasda Aqil Məmmədova minnətdarlığını bildirərək ona gələcək karyerasında uğurlar arzulayıb.