Milli komandaların Avropa Çempionatının seçmə oyunları ilə əlaqədar Azərbaycan Premyer Liqasında yaranmış fasilədə "İnter" yoldaşlıq oyunu keçirməyi planlaşdırır.
Sportarena.az klubun saytına istinadən xəbər verir ki, oktyabrın 10-da "bankirlər" Gəncənin "Kəpəz" komandası ilə qarşılaşacaq.
Matç "İnter Arena" stadionunda saat 16.30-da baş tutacaq.