"Sumqayıt"ın Müşahidə Şurasının iclasında növbəti vacib məsələ əsas komandanın baş məşqçi vəzifəsinə namizədlərin müzakirəsi və seçilməsi olub.
Sportarena.az xəbər verir ki, çıxarılan qərara əsasən, əsas komanda 2015/2016 mövsümünün sonuna qədər Samir Abasova həvalə edilib, eyni zamanda adıçəkilən mütəxəssisə məşqçilər korpusunun formalaşadırılması tapşırığı verilib.