Milli komandamız və "Ayntraxt"ın qapıçısı Emil Balayevin son durumuna aydınlıq gəlib. Sportarena.az xəbər verir ki, gənc qolkiper qışa qədər oynaya bilməyəcək.
Bunu "Ayntraxt"ın baş məşqçisi Armin Fe söyləyib. Təcrübəli mütəxəssis Balayevin ilin sonuna qədər oynamayacağını bildirib:
Komandanın 3-cü qapıçısı olan Balayev çənəsindən əməliyyat olunduğu üçün məşqlərə qatılmır. Onun ikinci dəfə cərrah masasına uzanacağı söylənilir.
Qeyd edək ki, Emil Balayev "Ayntraxt"a "Neftçi"dən transfer olunub.