Platininin Bakı səfəri təxirə salındı

18:43 8 Oktyabr 2015

Bir müddət əvvəl UEFA-nın prezidenti, FİFA prezidenti vəzifəsinə namizəd Mişel Platininin AFFA-nın dəvəti ilə bu ilin oktyabr ayında ölkəmizə səfər edəcəyi, səfər çərçivəsində Mərdəkan qəsəbəsindəki AFFA Futbol Mərkəzinin ərazisində inşa olunmuş Azərbaycan milli komandalarının təlim-məşq bazasının açılışında iştirak edəcəyi və Avro-2016-nın seçmə mərhələsində oktyabrın 10-da Bakı Olimpiya Stadionunda keçiriləcək Azərbaycan – İtaliya oyununu izləyəcəyi barədə xəbər vermişdik.

 

Sportarena.az xəbər verir ki, FIFA-nın Etika Komitəsinin istintaq palatasının oktyabrın 7-də çıxardığı qərara əsasən, Mişel Platininin futbol təsərrüfatında fəaliyyətinə 90 günlük qadağa qoyulub və bu səbəbdən UEFA prezidentinin Bakıya nəzərdə tutulan səfəri təxirə salınıb.

 

Yuxarıda qeyd olunmuş tədbirlərdə iştirak etmək üçün UEFA-nın baş katibinin müavini Teodor Teodoridis ölkəmizə səfər edəcək.


Digər xəbərlər

Xəbər xətti