"Çelsi" İtaliya millisinin sabiq qapıçısı Marko Ameliyanın keçidini rəsmiləşdirib.
33 yaşlı qolkiperlə bu mövsümün sonuna kimi müqavilə imzalanıb.
O, yeni klubunda 32 nömrəli forma ilə çıxış edəcək.
Ameliyanın lazım olsa, İngiltərə Premyer Liqasında "Aston Villa"ya qarşı matçda oynaya biləcəyi vurğulanıb.
Qeyd edək ki, M.Ameliya ötən mövsüm İtaliyanın "Peruca" klubunun şərəfini qoruyub.