Türkiyənin “Qalatasaray” klubu gələn mövsüm avrokuboklardan məhrum ola bilər.
Sportarena.az xəbər verir ki, bunu “NTV Spor” kanalına açıqlamasında klubun futbol direktoru deyib. Onun sözlərinə görə, buna səbəb klubun maliyyə fair-pley qaydalarına uymamasıdır:
“İndiki vəziyyətimizdə qalsaq, gələn mövsüm Avrokuboklara qatılmaya bilərik. UEFA-dan bir il daha əlavə müddət istəyəcəyik. Dekabrın ilk həftəsində UEFA ilə bir görüşümüz olacaq. Maliyyə durumumuz haqqında məlumatlar oktyabrın 15-də ali futbol qurumunun sisteminə daxil olacaq”.