Topaz Premyer Liqasının VII turunun “Xəzər Lənkəran”la oyunundan (6:0) sonra üçgünlük istirahətə buraxılan “Qəbələ” hazırlıqlarına start verib. Sportarena.az klubun saytına istinadən xəbər verir ki, “qırmızı-qaralar”ın oktyabrın 8-dəki axşam məşqi Qəbələ şəhər stadionunda baş tutub.
Növbəti turun qarşılaşmasını oktyabrın 18-də “Neftçi”yə qarşı keçirəcək Roman Qriqorçukun yetirmələri milli komandaların oyunları ilə əlaqədar Topaz Premyer Liqasında yaranan fasilədə yoxlama matçında qüvvəsini sınayacaq. Komanda oktyabrın 11-də “Qarabağ”la qarşılaşacaq.
Yığmaların düşərgəsində olan futbolçuların iştirak etməyəcəyi matç Qəbələ şəhər stadionunda keçiriləcək.