"Qəbələ"nin yeni transferlərindən Fakundo Pereyra komandadan ayrıla bilər. Sportarena.az xəbər verir ki, bu barədə Argentina mətbuatı məlumat yayıb.
İddiaya görə, 28 yaşlı yarımmüdafiəçi karyerasını vətənində davam etdirmək istəyir. Azərbaycanda özünü yaxşı hiss etməyən təcrübəli futbolçu bir vaxtlar şərəfini qoruduğu "Ximnasiya" klubuna dönmək niyyətindədi. Elə sabiq klubu onun transferində maraqlıdır.
Qeyd edək ki, Pereyra "Qəbələ"də icarə əsasında çıxış edir. Argentina klubu bu transfer üçün yunan klubu ilə razılıq əldə etməlidir.