"İtaliya millisinin gücü və adını hamı bilir. Onlar demək olar ki, Avropa çempionatının final mərhələsinə çox yaxındırlar".
Sportarena.az xəbər verir ki, bu sözləri millimizin yarımmüdafiəçisi Qara Qarayev deyib. UEFA-nın rəsmi saytına danışan gənc futbolçu "Avro-2016"nın seçmə mərhələsi çərçivəsində sabah İtaliya keçiriəcək oyun haqda fikirlərini açıqlayıb:
"Bu matç onlar üçün də, bizim üçün də vacib olacaq. İtalyanlar bizə qalib gəlməklə Avropa çempionatının final mərhələsinə vəsiqəni təmin etmək istəyirlər. Amma bu heç də asan başa gəlməyəcək. Bizim göstərdiyimiz son nəticələr komandada əla əhval-ruhiyyə yaradıb. Üstəlik doğma azarkşlər önündə çıxış etmək də məsuliyyətimizi artırır”.
Yarımmüdafiəçi Rəşad Sadıqovun 100-cü oyununa çıxmasından da danışıb: "Rəşad Sadıqov 100-cü oyununa çıxır. O bizim liderimizdir. Həm "Qarabağ"da, həm də milli komandada əsl liderdir. Uzun illərdir ki, bu belədir. Ona 150, 200 matça çatmasının arzulayıram".